"Qarabağ"ın cavab oyununu yayımlayayacaq kanal bəlli oldu

14:52 - 8 İyul 2019

"Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsində Albaniyanın "Partizani" klubu ilə qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, komandaların hər iki qarşılaşmasını "CBC Sport" kanalı canlı yayımlayacaq. Məlumatı Ağdam klubunun "facebook" səhifəsi yayıb.

 

Albaniyada keçiriləcək ilk oyun iyulun 10-u, Bakı vaxtı ilə 19:30-da start götürəcək. Bir həftə sonra Bakıdakı "Dalğa Arena"da baş tutacaq cavab görüşü 21:00-da başlayacaq.

Xəbər xətti