"Qarabağ"ın açıq məşq və mətbuat konfransının vaxtı açıqlandı

Azərbaycan çempionu "Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Albaniyanın "Partizani" klubunun qonağı olacaq.

 

Sportal.az klubun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, Ağdam klubu sabah Bakı vaxtı ilə 19:30-da "Partizani" ilə qarşılaşmanın keçiriləcəyi Tiranadakı "Selman Stermazi" stadionunda oyun öncəsi son məşqinə çıxacaq.

 

Baş məşqçi Qurban Qurbanov isə son məşqdən 15 dəqiqə öncə media nümayəndələrinin önünə çıxacaq.

 

İyulun 10-da keçiriləcək "Partizani" - "Qarabağ" görüşü Bakı vaxtı ilə 19:30-da baş tutacaq.

Tarix: 8 İyul [16:45]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 İyul 2019
19  İyul 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio