"Keşlə"dən iki transfer - FOTOLAR

17:52 - 8 İyul 2019

"Keşlə" növbəti transferlərini açıqlayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, payataxt təmsilçisi müdafiəçi İlkin Qırtımov və yarımmüdafiəçi Emin Mehtiyevlə müqavilə imzalanıb. Hər iki futbolçu ilə bir illik sözləşmə bağlanılıb.

 

İlkin Qırtımov ötən mövsüm "Zirə"də, Emin Mehtiyev isə "Qaradağ-Lökbatan"da keçirib.

 

"Keşlə" daha öncə Rəşad Əzizli, Ruslan Qurbanov,  Franko Flores, Ziya Əzizov və Stanislav Namaşkonu da transfer edib.

 

Image may contain: 1 person, outdoor

Image may contain: 1 person, standing and outdoor

Xəbər xətti