"Tottenhem" iki futbolçu ilə müqaviləni uzatdı

00:32 - 9 İyul 2019

İngiltərənin "Tottenhem" klubu iki futbolçusu ilə müqaviləni uzadıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, London təmsilçisi sol cinah müdafiəçisi Ben Devis və yarımmüdafiəçisi Harri Uinkslə müqaviləni uzadıb. Hər iki futbolçu ilə 2023-cü ilin yayına qədər müqavilə imzalanıb.

 

Devis 2014-cü ildən "Tottenhem"də çıxış edir. Uinks isə klubun yetirməsidir.

Xəbər xətti