Karles Puyol: "Neymar "Barselona"ya qayıtsa, faydalı olacağını düşünürəm"

16:52 - 9 İyul 2019

"Barselona"nın keçmiş kapitanı Karles Puyol açıqlama verib.

 

Sportal.az sport.es-ə xəbər verir ki, veteran futbolçu PSJ-nin hücumçusu Neymarın "Barselona"ya qayıdacağı ilə bağlı yayılan iddialara münasibət bildirib:

 

"Bütün futbolçular qərar verən ən doğru addımı atdıqlarını düşünürlər. Neymar da bu şəkildə "Barselona"dan PSJ-yə keçdi. Ancaq keçmişlə deyil, indiki anla yaşamaq məcburiyyətindəsiniz. Bir neçə il öncə baş verənləri düşünmək lazımsızdır. Neymar oyunu üzərinə götürən futbolçudur. Son iki ildə zədələrə görə, ən yaxşı futbolunu oynaya bilmədi. "Barselona"ya qayıtsa, komandaya çox fayda verəcəyini düşünürəm".

 

27 yaşlı hücumçu 2017-ci ildə "Barselona"dan PSJ-yə 222 milyon avroya transfer olmuşdu.

Xəbər xətti