"Yuventus" 30 milyon avroluq təklifi rədd etdi

"Yuventus" hücumçusu Moyze Kinin transferi üçün İngiltərənin "Everton" klubundan 30 milyon avroluq təklif alıb.

 

Sportal.az "La Gazetta dello Sport"a istinadən xəbər verir ki, Turin təmsilçisi təklifi rədd edib.

 

Xəbərdə "Yuventus"un italiyalı forvardı "Ayaks"dan Matteis de Liqtin transferində istifadə etməyi planlaşdırdığı qeyd edilib.

 

19 yaşlı hücumçu ötən mövsüm 17 oyuna 7 qol vurub, 1 assist edib. Kinin "qoca sinyora" ilə müqaviləsi gələn mövsümün sonuna qədərdir.

Tarix: 9 İyul [18:11]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 İyul 2019
19  İyul 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio