"Neftçi" Moldovaya çatdı

23:39 - 9 İyul 2019

“Neftçi” Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Sperantsa”nın qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi oyun üçün Moldovaya Bakı-İstanbul-Kişinyov reysiylə yollanıb. Komanda yerli vaxtla 20:50-də Kişinyov hava limanına eniş edib.

 

"Ağ-qaralar" sabah Kişinyovdakı "Zimbru" stadionunda oyun öncəsi son məşqinə çıxacaq.

 

"Sperantsa" - "Neftçi" oyunu "Zimbru" stadionunda baş tutacaq. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə 21:00-da səslənəcək. Cavab oyunu bir həftə sonra baş tutacaq.

 

 

Xəbər xətti