"Mançester Yunayted" Poqbanın transfer qiymətini müəyyənləşdirdi

11:53 - 10 İyul 2019

"Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqbanın transfer qiymətini müəyyənləşdirib.

 

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, "qırmızı şeytanlar" adı "Real" və "Yuventus"la hallanan Fransa millisinin üzvünün transferi üçün 180 milyon avro tələb edir.

 

Premyer Liqa təmsilçisi Poqbanı aşağı qiymətə satmaq fikrində deyil. Məlumata görə, fransalı yarımmüdafiəçi komandada qalmaq istəmir.

 

"Mançester Yunayted" 26 yaşlı futbolçunu 2016-cı ildə "Yuventus"dan 100 milyon avroya transfer edib.O, "qırmızı şeytanlar"dan 142 oyuna 31 qol vurub, 29 assist edib.

Xəbər xətti