Aftandil Hacıyev: "Geri dönüş etmək çətin görünür"

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda Rumıniyanın "Universitatya Krayova" klubuna uduzan "Səbail"in baş məşqçisi Aftandil Hacıyev fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, 37 yaşlı mütəxəssis geri dönüş etməyin çətin olduğunu deyib:

 

"Maraqlı oyun alındı. Daha çox taktiki baxımdan maraqlı gedişlər oldu. Rəqib keyfiyyətli oyunçulara sahibdir. Bizdə olan komplektləşmə problemi onlarda yoxdur. Futbolçularım tapşırıqları düzgün yerinə yetirdi. Bizi daha çətin səfər oyunu gözləyir. Günahkar axtarmırıq. Futbolçularımın fiziki hazırlığı istənilən səviyyədə deyildi. Rəqibi yaxşı təhlil etmişdik, ancaq onlar daha hazırlıqlı idi. “Səbail” gənc komandadır. Müəyyən büdcə var ki, nə azalır, nə də çoxalır. Futbolçularımız demirəm keyfiyyətli deyil, ancaq rəqiblə mübarizə aparmaq çətindir. Geri dönüş etmək çətin görünür. Rəqibin keyfiyyətli futbolçuları var. Səfərdə toxunulmazlığımızı saxlamalıyıq"

 

Hacıyev hücum xəttində rəqabətin olmadığını deyib: 

 

"İndiki durumda Mirabdulla Abbasovdan bir şey gözləmirik, digər oyunçular kimi. Ancaq ona inanırıq ki, bizə fayda verəcək futbolçu olacaq. Çalışırıq ki, yerli futbolçulara daha çox güvənək. Mirabdulla ilə rəqabət aparacaq futbolçu yoxdur. Rəhbərliklə bu haqda danışacağıq, imkan olsa, tək onun mövqeyində yox, digər mövqelərdə də rəqabəti artıracağıq".

 

Gənc mütəxəssis Maykl Essyenlə bağlı bunları deyib:

 

"Essyen bizə 2 ay yarım bundan qabaq qoşulub, ondan əvvəlsə, bir qədər futbolsuz qalıb. Çalışırıq ki, ondan maksimum istifadə edək. Nə qədər bacaracaqsa, onu o qədər meydanda saxlayacaq. Bu gün Essyenin “Səbail”də olması, bizi varlı klub kimi göstərə bilər".

Tarix: 11 İyul [23:15]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Sentyabr 2019
16  Sentyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio