UEFA Çempionlar Liqası və Avropa Liqasının mükafatlarını açıqladı

UEFA yeni mövsümdə Çempionlar Liqası və Avropa Liqası üçün ayırdığı maliyyəni açıqlayıb.

 

Sportal.az xəbər verir ki, qurum yeni mövsüm üçün 3,25 milyard dollar maliyyə ayırıb. Bu məbləğdən turnirlərin iştirakçılarına 2,55 milyard avro ayrılacaq. 2,04 milyard avro Çempionlar Liqası və Super Kubok iştirakçılarına çatacaq.

 

Çempionlar Liqasının mükafatları:

 

İlkin mərhələ: 230 min avro;
Birinci mərhələ: 280 min avro;
İkinci mərhələ: 380 min avro;
Üçüncü mərhələ: 480 min avro;
Pley off: Bu mərhələ üçün mükafat nəzərdə tutulmayıb. Çünki qalib ÇL-in, məğlub isə Avropa Liqasının qrupunda oynayacağından onlara mükafat veriləcək.

Qrup mərhələsi: 32 komandanın hər birinə 15,25 milyon avro;
Qrupda qələbə: 2,7 milyon avro;
Qrupda heç-heçə: 0,9 milyon avro;
1/8 finala vəsiqə: 9,5 milyon avro;
1/4 finala vəsiqə: 10,5 milyon avro;
1/2 finala vəsiqə: 12 milyon avro;
Finala vəsiqə: 15 milyon avro;
Çempionlar Liqasının qalibi: 19 milyon avro.

 

Avropa Liqasının mükafatları:

 

İlkin mərhələ: 220 min avro;
Birinci mərhələ: 240 min avro;
İkinci mərhələ: 260 min avro;
Üçüncü mərhələ: 280 min avro;
Pley-offda məğlub olan komanda 300 min avro mükafat alacaq.
Qrup mərhələsi: 48 komandanın hər birinə 2,92 milyon avro;
Qrupda qələbə: 570 min avro;
Qrupda heç-heçə: 190 min avro;
Qrupun qalibi: 1 milyon avro;
Qrup ikincisi: 500 min avro;
1/16 finala vəsiqə: 0,5 milyon avro;
1/8 finala vəsiqə: 1,1 milyon avro;
1/4 finala vəsiqə: 1,5 milyon avro;
1/2 finala vəsiqə: 2,4 milyon avro;
Finala vəsiqə: 4,5 milyon avro;
Qalib: 4 milyon avro.

 

Azərbaycanı Çempionlar Liqasında “Qarabağ”, Avropa Liqasında “Qəbələ, “Neftçi” və “Səbail” təmsil edir.

Tarix: 12 İyul [16:39]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Oktyabr 2019
17  Oktyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio