Qrizmann rəsmən "Barselona"da!

"Barselona" "Atletiko"nun hücumçusu Antuan Qrizmannı transfer edib.

 

Sportal.az xəbər verir ki, kataloniyalıların saytı keçidi rəsmən açıqlayıb. Bu transfer üçün "Barselona" 120 milyon avrosundan keçib. Fransalı futbolçu ilə 2024-cü ilə qədər müqavilə imzalanıb.

 

28 yaşlı futbolçunun sərbəst qalma dəyəri 800 milyon avro təyin edilib.

 

Fransa millisinin üzvü 2014-cü ildən "Atletiko"da çıxış edirdi. Bu keçidə görə, Qrizmannın əvvəlki klubu "Real Sosyedad" 24 milyon avro transfer haqqı alıb.

Tarix: 12 İyul [17:17]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Oktyabr 2019
17  Oktyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio