"Atletiko"nun Kostanın transferi üçün tələb etdiyi məbləğ

18:49 - 12 İyul 2019

İspaniyanın "Atletiko" klubu hücumçusu Dieqo Kostanı ucuz qiymətə satmaq istəmir.

 

Sportal.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Madrid təmsilçisi İngiltərənin "Vulverhempton" klubunun maraq dairəsində olan ispaniyalı futbolçu üçün 70 milyon avro tələb edir. Premyer Liqa klubunun 30 yaşlı forvard üçün bu məbləği ödəmək fikrində olmadığı bildirilir.

 

Kostanın "Atletiko" ilə müqaviləsi 2021-ci ildə başa çatacaq. Dieqo ötən mövsüm 21 oyuna 5 qol vurub, 3 assist edib.

Xəbər xətti