"Qəbələ"nin legioneri kollektiv məşqlərə başladı

01:15 - 13 İyul 2019

“Qəbələ” 2019-2020-ci illər mövsümünün hazırlıqlarını davam etdirir.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” Türkiyənin Bolu şəhərində keçirilən təlim-məşq toplanışının doqquzuncu gününü arxada qoyub.

 

Sənan Qurbanovun yetirmələri günü iki məşqlə yekunlaşdırıb. Komanda hər iki məşq zamanı toplu və topsuz çalışmaları yerinə yetiriblər.

 

Zədəsini sağaltdıqdan sonra bərpa prosesini başa vuran Davit Volkov komandaya qoşularaq, kollektiv çalışmalarda iştirak edib.

 

Xəbər xətti