"Zirə"dən daha bir transfer - RƏSMİ

10:54 - 13 İyul 2019

“Zirə” yay transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, qəsəbə təmsilçisi Miloş Bakraçla anlaşıb. 27 yaşlı müdafiəçi ilə 1 illik müqavilə bağlanılıb. 

 

Monteneqrolu futbolçu bundan öncə “Syon”(İsveçrə), “Buduçnost” (Monteneqro), “Travnik” (Bosniya və Hersoqovina), “Suteska” (Monteneqro), “Jeljezniçar” (Bosniya və Hersoqovina) və OFK Titoqrad (Monteneqro) klublarında çıxış edib.

 

"Zirə" daha öncə Elvin Məmmədov, Cavid Hüseynov, Elvin Camalov, Nicat Süleymanov və Boyan Zaqoviçi transfer edib.

Xəbər xətti