Admir Teli: "Bakıda "Partizani"nin şansını az görürəm" - MÜSAHİBƏ

13:06 - 13 İyul 2019

"Qarabağ"ın sabiq müdafiəçisi Admir Teli "Panorama Sports" nəşrinə müsahibə verib.

 

Sportal.az 38 yaşlı albaniyalı keçmiş futbolçunun müsahibəsini təqdim edir:

 

- "Partizani" - "Qarabağ" oyununu izləmişdiniz?

- Oyunu böyük maraqla izlədim. Son dəqiqələrdə hər iki komanda açıq oyun nümayiş etdirdi. Düzünü deyim ki, Qurban Qurbanovun oyun stilini bildiyim üçün "Qarabağ"ın daha çox topa nəzarət edəcəyini təxmini etmişdim. "Partizani"dən daha inamlı oyun gözləyirdim. Komanda özünə daha çox inanmalıdır.

 

- Oyundan əvvəl Qurban Qurbanovla danışdınız?

- Bəli, onunla görüşüb, söhbət etdim. Çünki bunun üçün vaxtım var idi. Qurbanovla olan gözəl münasibətim hələ də davam edir. Bu da normaldır. Onunla yeddi il çalışmışam. Hələ də ona hörmət bəsləyirəm.

 

- Qurban Qurbanova "Partizani" barədə bilmədiyi məlumat verdiniz?

- Düzünü deyim, Qurbanov heç məndən bu barədə soruşmadı. İnanın mənə, Qurbanovun "Partizani" barədə ətraflı bilgilər əldə edən möhtəşəm köməkçilər var. Baş məşqçi ona hansısa məlumat verəcəyimi gözləmirdi.

 

- "Partizani"nin növbəti mərhələyə yüksəlmək şansını necə hesab edirsiniz?

- "Partizani"nin şansını az görürəm, çünki "Qarabağ" Bakıda daha güclü oynayacaq. "Qarabağ"ın Tiranadakı matçda əskikləri var idi. Ancaq cavab görüşündə onların iki vacib futbolçusu geri dönəcək. Məncə, bu amil "Partizani" üçün oyunu çətin edəcək. Ancaq bu, o demək  deyil ki, "Partizani"nin heç şansı yoxdur.

 

Related image

 

- "Partizani" Bakıda möcüzəyə inanmaq üçün nə etməlidir?

- Daha çox ümid etməli və oyn zamanı "Qarabağ"ın səhvlərindən yararlanmalıdır. Məncə, Tirandakı oyun sistemiylə çıxış etmək lazımdır. Bütün oyun müdafiədə oturub, rəqibi qarşılaşamq lazım deyil. Belədə işlər çətinləşəcək.

 

- Ev oyununda "Qarabağ" üçün özəl olan nədir?

- Fikir verin, "Qarabağ" bir-iki futbolçunun ümidinə qalan komanda deyil. Gücləri komanda oyunudur və bu oyun tərzində önəmli rol var. "Qarabağ"ın illər ərzində qazandığı uğurların memarı Qurban Qurbanovdur. Bu komandanın bir parçası olan və meydana oynamağa çıxan hansısa futbolçu onun tapşırıqlarından kənar çıxa bilməz. Bu komandanın keyfiyyəti var. Lakin uğurlarda baş məşqçinin rolu birbaşadır. 

 

Teli

 

- "Partizani"nin "Qarabağ"la Bakıda keçiriləcək cavab oyununun Bakı Olimpiya Stadionunda deyil, kiçik "Dalğa Arena"da təşkil edilməsi yaxşı amildir?

- Bunun "Partizani"nin lehinə olduğunu düşünürəm. Oyun çox kiçik stadionda baş tutacaq.

Xəbər xətti