George Hacinin oğlu Belçika klubunda

14:49 - 13 İyul 2019

Rumıniyanın "Vitorul" klubunda çıxış edən Yanis Haci karyerasını Belçikanın "Genk" klubunda davam etdirəcək.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, 20 yaşlı rumıniyalı yarımmüdafiəçiylə 2024-cü ilin yayına qədər müqavilə imzalanıb. "Genk" bu keçid üçün Rumıniya tərəfinə 8 milyon avro ödəyib.

 

Bu transferdən Hacinin əvvəlki klubu "Fiorentina" 25 faiz pay götürüb.

 

1998-ci ildə İstanbulda doğulan Yanis Haci ötən mövsüm 36 oyuna 14 qol vurub, 6 assist edib. Hacinin atası George Haci "Vitorul"un baş məşqçisidir.

Xəbər xətti