Merih Demiralın "Yuventus"dakı maaşı bəlli oldu

14:41 - 14 İyul 2019

"Sassuolo"dan "Yuventus"a 18 milyon avro qarşılığında transfer olan türkiyəli müdafiəçisi Merih Demiralın Turin klubunda illik maaşı açıqlanıb.

 

Sportal.az xəbər verir ki, 21 yaşlı futbolçunun illik məvacibi 1,3 milyon avro olacaq.

 

Türkiyə millisinin üzvü beş illik müqavilə imzalamışdı.

 

"Yuventus"da ən çox məvacibi Kriştiano Ronaldo alır. Portuqaliyalı ulduzun illik maaşı 31 milyon avro təşkil edir. Paulo Dibala 7 milyon, Əmrə Can isə 6 milyon avro maaş alır.

Xəbər xətti