Nabil Fekirdən sürpriz transfer qərarı: "Real Betis"ə keçir

15:24 - 14 İyul 2019

"Lion"un fransalı hücumçusu Nabil Fekir karyerasını İspaniya Liqasında davam etdirə bilər.

 

Sportal.az "Le Parisien"ə istinadən xəbər verir ki, 25 yaşlı futbolçu "Real Betis"lə danışıqlar aparır. Əndəlüsiyalılar "Lion"u bu keçid üçün 30 milyon avroluq təzminata razı salıb. Nabilin də La Liqa klubunda oynamağa müsbət yanaşdığı xəbərdə qeyd edilib.

 

Fekirin "Lion"la bir illik müqaviləsi qalıb. Fransa millisinin üzvü ötən mövsüm "Liverpul"a 65 milyon avroya transfer olmağa yaxın olsa da, klub son onda futbolçunu buraxmamışdı.

 

Nabil Fekir 2013-cü ildən "Lion"un əsas komandasında oynayır.

 

 

Xəbər xətti