Rusiya millisinin üzvü "Liverpul"un transfer hədəfində

18:18 - 14 İyul 2019

İngiltərənin "Liverpul" klubunun yeni transfer hədəfi bəlli olub.

 

Sportal.az "Daily Mirror"a istinadən xəbər verir ki, "qırmızılar" Rusiyanın ÇSKA klubunun hücumçusu Fyodor Çalovla maraqlanır. Xəbərdə "Tottenhem" və "Arsenal"ın da 21 yaşlı forvardla maralandığı vurğulanıb.

 

Moskva klubunun Rusiya millisinin üzvünün keçidi üçün 20 milyona avro təzminat tələb etdiyi qeyd edilib.

 

Çalov 2016-cı ildən "hərbçilər"in əsas komandasının üzvüdür. Gənc futbolçu ötən mövsüm Rusiya Premyer Liqasında 30 oyuna 15 qol vurub.

Xəbər xətti