Mourinyo qayıtmaq üçün gün sayır

18:50 - 14 İyul 2019

Ötən il "Mançester Yunayted"dən ayrıldıqdan sonra işsiz qalan Joze Mourinyo baş məşqçiliyə geri dönməyə hazır olduğunu açıqlayıb.

 

Sportal.az xəbər verir ki, portuqaliyalı mütəxəssis klub tapmadığını deyib:

 

"Çalışmağı çox sevirəm və baş məşqçilik etməyə davam etmək istəyirəm. Ancaq layihələri məni qane edəcək klub olmalıdır. Bunu gözləmək üçün səbirliyəm".

 

56 yaşlı mütəxəssis ötən həftə Çin klubunun üç illik müqavilə təklifini rədd etmişdi. Mourinyo təklifi qəbul etsəydi, üç ilə 98 milyon avro qazanacaqdı.

Xəbər xətti