Eden Hazardın "Real"da forma nömrəsi müəyyənləşdi: fərqli seçim

17:47 - 14 İyul 2019

"Çelsi"dən “Real”a 100 milyon avroya transfer olan Eden Hazardın forma nömrəsi bəlli olub.

 

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, belçikalı yarımmüdafiəçi Madrid klubunda 23 nömrəli forma ilə çıxış edəcək. 

 

10 nömrəli futbolkanı Luka Modriç Hazarda vermək istəməyib. Belçika millisinin üzvü "7 nömrə"ni Mariano Diasdan istəsə də, müsbət cavab almayıb. Buna görə də Hazard 23 nömrəli formanı seçib.

 

O, basketbol azarkeşi olduğu üçün belə addım atıb. Əfsanəvi basketbolçular Maykl Cordon və Lebron Ceyms 23 nömrəli formanı geyiniblər.

 

“Real” 28 yaşlı futbolçuyla 2024-cü ilin yayına kimi müqavilə bağlayıb.

 

 

 

Image

Xəbər xətti