"Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsində "Partizani"yə (Albaniya) qarşı cavab matçının hakimləri açıqlanıb.
Sportal.az xəbər verir ki, matçı moldovalı FIFA referisi Dumitru Muntean idarə edəcək. Ona Vladislav Lifçiu və Andrey Bodean kömək edəcəklər. 4-cü hakim funksiyasını Aleksandru Tean yerinə yetirəcək.
"Qarabağ" - "Partizani" oyunu iyulun 17-də "Dalğa Arena"da keçiriləcək. Komandalar arasında Albaniyada oynanılan görüşdə qol vurulmayıb.