"Sevilya"dan onuncu transfer

İspaniyanın "Sevilya" klubu daha bir transfer reallaşdırıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, əndəlüsiyalılar "Portu"nun yarımmüdafiəçisi Oliver Torresi transfer edib. La Liqa klubu keçid üçün 12 milyon avrosundan keçib.

 

Oliverin sabiq klubu "Atletiko" bu transferdən 2,3 milyon avro pay alıb.

 

Torres "Atletiko"nun yetirməsidir. 24 yaşlı ispaniyalı yarımmüdafiəçi 2014-cü ildən "Portu"da çıxış edirdi.

 

"Sevilya" Dieqo Karlos, Joan Jordan, Manus Dabbur, Jyol Kunde, Joan Jordan, Lukas Okampos, Luuk de Yonq, Fernando və Serxio Reqilonu da transfer edib.

Tarix: 15 İyul [11:52]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Avqust 2019
17  Avqust 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio