Raca Nainqqolan yeni klub axtarır

"İnter"in belçikalı yarımmüdafiəçisi Raca Nainqqola komandanın İsveçrədəki təlim-məşq toplanışından ayrılıb.

 

Sportal.az xəbər verir ki, Milan təmsilçisinin rəhbərliyi 31 yaşlı yarımmüdafiəçiyə yeni klub tapmağı tapşırıb.

 

Daha öncə klubun idman direktoru Beppe Marotta Mauro İkardi və Nainqqolanla yolların ayrılacağını açıqlamışdı.

 

"Göy-qaralar" Belçika millisinin üzvünü ötən yay "Roma"dan 38 milyon avroya transfer etmişdi. Nainqqola başa çatan mövsüm 36 oyuna 7 qol vurub, 3 assist edib.

Tarix: 15 İyul [16:55]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Avqust 2019
17  Avqust 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio