"Mançester Yunayted" Poqbaya vaxt verdi

17:38 - 15 İyul 2019

"Mançester Yunayted" adı "Real"la hallanan Pol Poqbaya transfer üçün vaxt verib.

 

Sportal.az "Daily Mirror"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" fransalı yarımmüdafiəçiyə avqustun 8-nə kimi yekun qərar verməyi tapşırıb. Həmin tarixdən sonra Poqbanın hansısa klubla transfer danışıqları aparmasına icazə verilməyəcək.

 

İngiltərə Premyer Liqasında yay transfer dönəmi avqustun 8-i, İspaniyada isə sentyabrın 2-də başa çatacaq.

 

"Mançester Yunayted"in 26 yaşlı futbolçunun keçidi üçün 180 milyon avro tələb etdiyi iddia olunur.

 

Mançester təmsilçisi Poqbanı 2016-cı ildə "Yuventus"dan 105 milyon avroya transfer etmişdi.

Xəbər xətti