"Fənərbaxça"dan ayrılan futbolçu İspaniya klubunda

18:58 - 15 İyul 2019

"Fənərbaxça"dan ayrılan ispaniyalı hücumçu Roberto Soldadonun yeni klubu bəlli olub.

 

Sportal.az xəbər verir ki, 34 yaşlı futbolçu karyerasını İspaniyanın "Qranada" klubunda davam etdirəcək. Klub saytının məlumatına görə, təcrübəli hücumçuyla 1+1 illik müqavilə imzalanıb.

 

İspaniya millisinin sabiq üzvü 2017-ci ildə "Vilyarreal"dan "Fənərbaxça"ya keçmişdi.

 

Xəbər xətti