"Neftçi" legioner futbolçuyla müqaviləyə xitam verdi

00:21 - 16 İyul 2019

“Neftçi”də ayrılıq reallaşıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi futbolçusu Kvame Karikari ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.

 

2018/2019 mövsümündə "Neftçi”nin heyətində 10 oyunda 2 qola imza atmış 27 yaşlı qanalı forvard mövsümün ikinci yarısını icarə əsasında BƏƏ-nin "Əl Oruba” klubunda keçirib.

Xəbər xətti