"Qəbələ"nin yetirməsi Çexiya klubunda

00:44 - 16 İyul 2019

"Qəbələ Futbol Akademiyası"nın yetirməsi Samir Qurbanov karyerasını Çexiyada davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi "Viktoriya Jijkov" klubuyla iki illik müqavilə imzalayıb.

 

Samir Qurbanov Azərbaycanın U-19 yığma komandasının üzvüdür.

 

Keçid FIFA meneceri Vaqif Heydərlinin vasitəçiliyilə baş tutub.

 

Xəbər xətti