"Neftçi"dən ayrıldı, "Qəbələ"nin rəqibinə keçdi

10:05 - 16 İyul 2019

"Neftçi"dən ayrılan Kvame Karikarinin yeni klubu bəlli olub.

 

Sportal.az xəbər verir ki, qanalı hücumçu karyerasını Gürcüstanın "Dinamo" klubunda davam etdirəcək. Klub saytı 27 yaşlı forvard 1+1 illik müqavilə imzalandığını yazıb.

 

2018/2019 mövsümündə "Neftçi”nin heyətində 10 oyunda 2 qola imza atmış futbolçu mövsümün ikinci yarısını icarə əsasında BƏƏ-nin "Əl Oruba” klubunda keçirib.

 

"Dinamo" Avropa Liqasının II təsnifat mərhələsində "Qəbələ"nin potensial rəqibidir. Tiblisi təmsilçisi I təsnifat mərhələsinin ilk matçında "Enqordani"ni (Andorra) 6:0 hesabı ilə məğlub edib.

Xəbər xətti