"Azarkeşlər döyüşkən, sona qədər mübarizə aparan futbolçu görəcək" - "Qarabağ"ın yeni transferi

10:53 - 16 İyul 2019

“Qarabağ”ın yeni transferi Faysal Rerras açıqlama verib.

 

Sportal.az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, mərakeşli futbolçu transferiylə bağlı danışıb:

 

"Çox möhtəşəm bir kluba gəlmişəm. İnfrastrukturla tanış oldum, hər şey yüksək səviyyədədir. Belə bir kluba gəldiyim üçün çox həyəcanlıyam. Müdafiənin həm sağ, həm də sol cinahlarında çıxış edə bilərəm. Hətta yarımmüdafiə xəttində də oynamışam. Hansı mövqedə oynamağımdan asılı olmayaraq, komandama fayda vermək üçün əlimdən gələni edəcəyəm. "Qarabağ" haqqında məlumat var idi, avrokuboklarda oyunlarını izləmişdim. Fransa klublarıyla oynayan zaman da klub haqda çox məlumatım oldu. Azarkeşlər meydanda döyüşkən, sona qədər mübarizə aparan futbolçu görəcək".

 

26 yaşlı müdafiəçiylə iki illik müqavilə imzalanıb.

Xəbər xətti