Samir Qurbanovun "Viktoriya Jijkov"la müqavilə detalları açıqlandı

12:51 - 16 İyul 2019

"Qəbələ"nin yetirməsi Samir Qurbanov Çexiyanın "Viktoriya Jijkov" klubu ilə müqavilə imzalayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, 18 yaşlı futbolçu qarşıdakı iki il ərzində icarə əsasında Praqa təmsilçisinin şərəfini qoruyacaq. Klublar arasındakı razılaşmaya əsasən, icarə müddətində "Viktoriya Jijkov" "Qəbələ"yə ödəniş etməklə futbolçunun transfer hüququna tam sahib ola bilər. Həmçinin, Samir Qurbanovun satışından "qırmızı-qaralar" 20 faiz əlavə gəlir əldə edəcək.

 

Gənc futbolçu 11 yaşından "Qəbələ"də çıxış edib, müxtəlif yaş qrupları üzrə çempionatların qalibi, mükafatçısı olub. Başa çatan mövsümdə "Gənclər Liqası"nın qalibi və bombardiri olmaqla yanaşı, "Qəbələ"nin əsas heyətində də debüt edib. UEFA Gənclər Liqası turnirində Moldovanın "Şerif" və Almaniyanın "Herta" klublarına qarşı oyunlarda özünü yaxşı tərəfdən göstərməyi bacarıb.

Xəbər xətti