SON DƏQİQƏ: "Qarabağ" Geryeylə yolları ayırdı

14:04 - 16 İyul 2019

"Qarabağ" haitili futbolçu Donald Geryeylə yolları ayırıb.

 

Sportal.az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, haitili cinah futbolçusu klubla razılaşdırılmış vaxtdan sonra komandaya qayıtmayıb və təlim-məşq toplanışıyla yanaşı, Çempionlar Liqasının I təsnifat mərhələsində "Partizani"ylə görüşdə iştirak etməyib. Bu səbəbdən də futbolçu ilə yollar ayrılmaq qərarı verilmişdir.

 

30 yaşlı futbolçu 2017-2019-cu illərdə Ağdam klubunda 55 oyuna 5 qol vurub.

Xəbər xətti