"Tottenhem" Beyli geri qaytarır

16:20 - 16 İyul 2019

"Tottenhem" "Real"dan Qaret Beyli transfer etmək üçün hərəkətə keçib.

 

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, London təmsilçisi bu keçid üçün 60 milyon avro təklif edib. Xəbərdə "kral klubu"nun təklifi qəbul etmək fikrində olduğu qeyd edilib.

 

Komandanın baş məşqçisi Zinəddin Zidanın uelsli futbolçuyla görüşdüyü və planlarında yer almadığını qeyd etdiyi bildirilir.

 

"Real"la müqaviləsi 2022-ci ildə müqaviləsi başa çatacaq 30 yaşlı futbolçu illik 17 milyon avro maaş alır. Beyl "Tottenhem"də daha az məvacibə oynamaq üçün endirimə getməlidir.

 

Beyl 2013-cü ildə "Tottenhem"dən "Real"a 101 milyon avroya keçib.

Xəbər xətti