"Zirə" "Boka Xuniors"un sabiq futbolçusunu transfer etdi - RƏSMİ

17:08 - 16 İyul 2019

“Zirə” yay transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, qəsəbə təmsilçisi Soni Norde ilə anlaşıb. 29 yaşlı hücumçu ilə 1 illik müqavilə bağlanılıb.


Haitili futbolçu bundan öncə “Boka Xuniors B”(Argentina), “San Luis B” (Meksika), “Altamira” (Meksika), SRKC (Banqladeş), “Mohun Baqan” (Hindistan) və “Mumbay Siti” (Hindistan) klublarında çıxış edib.

 

Xəbər xətti