"Tottenhem" Poçettinonun oğlu ilə peşəkar müqavilə imzaladı

18:14 - 16 İyul 2019

İngiltərənin "Tottenhem" klubunda yeni müqavilə qeydə alınıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, London təmsilçisi 18 yaşlı yarımmüdafiəçi Maurisio Poçettino ilə peşəkar müqavilə bağlayıb.

 

18 yaşlı yarımmüdafiəçi əsas komandanın baş məşqçisi Maurisio Poçettinonun oğludur. Atasıyla eyni ad və soyadı daşıyan argentinalı sağ cinah oyunçusu U-23 komandasında çıxış edəcək.

Xəbər xətti