PSJ "Borussiya"nın müdafiəçisini transfer etdi

23:44 - 16 İyul 2019

Fransanın PSJ klubu yeni transferini açıqlayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Paris təmsilçisi Dortmund "Borussiya"sının müdafiəçisi Abdu Diallonu transfer edib. 23 yaşlı futbolçuyla 5 illik müqavilə imzalanıb. Fransalı futbolçunun keçidi üçün PSJ 32 milyon avro təzminat ödəyib.

 

"Monako"nun yetirməsi 2017-ci ildə "Maynts"a, ötən mövsüm "Borussiya"ya keçmişdi. 

Xəbər xətti