"Yuventus"la müqavilə imzalamaq üçün Turinə gəldi - FOTO

"Yuventus" "Ayaks"ın kapitanı Matteis de Liqtin transfer edib.

 

Sportal.az xəbər verir ki, 19 yaşlı müdafiəçi tibbi müayinədən keçmək üçün Turin şəhərinə gəlib.

 

"Ağ-qaralar" bu keçid üçün 65+10 milyon avro təzminat ödəyib. Hollandiyalı futbolçuyla 5 illik müqavilə imzalanıb. Gənc oyunçunun illik maaşı 12 milyon avro olacaq. De Liqtin sərbəst qalma qiyməti 150 milyon avro təyin edilib.

 

16 yaşında "Ayaks"da peşəkar karyeraya başlayan Hollandiya millisinin üzvü ötən mövsüm 55 oyuna 7 qol vurub, 4 assist edib.

 

Image

Tarix: 17 İyul [01:13]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
9 Dekabr 2019
8  Dekabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio