"Atletiko" "Tottenhem"in futbolçusunu transfer etdi

"Atletiko" növbəti transferini reallaşdırıb.

 

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, Madrid təmsilçisi "Tottenhem"in sağ cinah müdafiəçisi Kiran Trippyeri transfer edib. 28 yaşlı futbolçuyla 4 illik müqavilə imzalanıb. İngiltərə millisinin üzvünün keçidi üçün 24 milyon avro təzminat ödənilib.

 

Müdafiəçinin keçidi tezliklə rəsmən açıqlanacaq.

 

"Tottenhem" Kiran Trippyeni 2015-ci ildə "Börnli"də 4,9 milyon avroya transfer etmişdi.

Tarix: 17 İyul [11:54]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Avqust 2019
22  Avqust 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio