Daniele De Rossinin yeni klubu bəlli oldu: Avropanı tərk etdi

"Roma"dan ayrılan Daniele De Rossinin yeni klubu bəlli olub.

 

Sportal.az "La Gazetta dello Sport"a istinadən xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi karyerasını Argentinada davam etdirəcək. İtaliyalı futbolçu yüksək liqa təmsilçisi "Boka Xuniors"la 8 aylıq müqavilə imzalayıb. Təcrübəli oyunçu bu müddətdə 500 min avro maaş alacaq.

 

De Rossinin transferi tezliklə rəsmən açıqlanacaq.

 

De Rossi 2000-ci ildən "Roma"da çıxış edirdi. İtaliyalı futbolçu "canavarlar"da 615 oyun keçirib və bu klub tarixində ikinci ən yaxşı göstəricidir.

 

Təcrübəli futbolçu 2007 və 2008-ci illərdə "Roma" ilə İtaliya kubokunu qazanıb. O, 2007-ci ildə İtaliya Super kubokunun da qalibi olub.

Tarix: 17 İyul [12:33]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22  Avqust 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio