"Neftçi"dən bir il əvvəl ayrılan futbolçu yeni klub tapdı

Ötən mövsümün sonunda "Neftçi"dən ayrılan Derlis Meza Kollinin yeni klubu məlum olub.

 

Sportal.az xəbər verir ki, paraqvaylı yarımmüdafiəçi karyerasını yenidən Rumıniyada davam etdirəcək. Derlis II liqada çıxış edən "Petrolul"la (Ploeşti) müqavilə imzalayıb. 30 yaşlı futbolçu komandanın Türkiyədəki təlim-məşq toplanışına qatılıb.

 

Daha öncə "Neftçi"nin digər sabiq futbolçusu - Petru Raku "Petrolul"la müqavilə imzalamışdı.

 

Derlis Meza Kolli sonuncu dəfə 2017/18 mövsümündə "Neftçi"də çıxış edib. Təcrübəli oyunçu "İnter" və "Qəbələ"nin də formasını geyinib.

 

Derlisin qardaşı Sezar Meza Kolli isə Rumıniyanın "Uniersitatya Krayova" klubundan "Keşlə"yə qayıdıb.

Tarix: 17 İyul [14:20]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
11 Dekabr 2019
10  Dekabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio