Tahir Gözəl: "Onun bizimlə olması çox mühüm və sevindirici xəbərdir" MÜSAHİBƏ

Çempionlar Liqasının I təsnifat mərhələsində Albaniyanın "Partizani" klubunu 2:0 hesabı ilə məğlub edərək növbəti raunda yüksələn "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl jurnalistlərin suallarını cavablandırıb.
 
Sportal.az xəbər verir ki, klub rəsmisi öncə oyunla bağlı danışıb:
 
- Rəqib qapalı oynayırdı. Onların məqsədi bəlkə də penaltilərə getmək idi. İlk qoldan sonra oyun açıldı. Əsl ləzzəti mən orda aldım. Gözəl oyun alındı, “Qarabağ” əla çıxış etdi. Yeni futbolçulardan da razıyam. Güclü “Qarabağ” görürəm. Uğurlu oyun alındı. Bütün komanda yaxşı çıxış etdi. Abdullah Zubirin oyunu ilə adamın lap ürəyi açıldı.
 
- Son dəqiqələr daha ürəyinizcə oldu?
- Bəli. Onlar çox qapalı oynayırdı. Qoldan sonra açılmaq məcburiyyətində qaldılar. Qapalı oynayan komandaya qarşı hücum etmək və fürsət yaxalamaq çətin olur. Oyun ilk qoldan sonra başladı. 
 
- II mərhələdə Latviyanın "Riqa", yoxsa İrlandiyanın "Dandolk" klubu ilə qarşılaşmaq istəyirsiniz?
- İrlandiyaya getmək məncə, xoş olardı. Hər iki komanda ilə oynamağa hazırıq. Bizim üçün fərq etmir. Mənə görə, “Dandolk”la qarşılaşacağıq.
 
- Qarşınıza Çempionlar Liqasında nə hədəf qoymusunuz?
- Türkiyəli mütəxəssis Taceddin Doğan akademiyamızda koordinatordur. “Qarabağ”da gənc futbolçular yetişdirmək üçün bura gəldi. Bu gün meydanda üç azərbaycanlı oyunçu var idi. Gələcəkdə daha çox yerlilərə üstünlük verməyi arzu edirəm. Taceddin Doğanın bizimlə olması çox mühüm və sevindirici xəbərdir. Yaxşı futbolçularımız var. Yeni transferimiz Maqaye Geye son dəfə “Osmanlıspor”da oynayıb. Məncə, xeyirli olacaq.  Uyğunlaşmaq üçün vaxt lazımdır. Qurban Qurbanovun ən böyük məsuliyyəti odur ki, yeni oyunçuları komandaya tez uyğunlaşdırsın. Allah ona kömək olsun.
 
- Yeni transferlər komandanı irəli aparmaq üçün kifayətdir?
- Uyğunlaşma tez olsa, kifayətdir. Adaptasiya üçün çox tezdirlər. Yeni oyunçular görək, "Qarabağ"ın oyun sisteminə nə qədər vaxta uyğunlaşacaq. Bu da Qurban Qurbanovun işidir. İnanıram ki, yaxşı olacaq.
Tarix: 17 İyul [23:26]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Avqust 2019
21  Avqust 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio