Joze Mourinyodan "Qarabağ"ın rəqibinə təbrik zəngi

Çempionlar Liqasının I təsnifat mərhələsində Latviyanın "Riqa" klubunu penaltilər seriyasında kənarlaşdıran İrlandiya "Dandolk"u II raundda "Qarabağ"a rəqib olub.

 

Sportal.az "Irish Mirror"a saytına istinadən xəbər verir ki, Latviyada keçirilən gərgin oyundan sonra komandanın baş məşqçisi Vinni Pörs fikirlərini bölüşüb.

 

"Sky Sports"un keçmiş müxbiri Endi Barton telefonu baş məşqçiyə yaxınlaşdırıb və Joze Mourinyodan təbrik zəngi gəldiyini göstərib. Portuqaliyalı mütəxəssis Pörslə bir neçə dəqiqə danışıb, onu təbrik edib və "Belə davam et" deyib.

 

"Mourinyodan zəng gəldi. Başlanğıcda emosional idim. O, mənim qəhrəmanımdır. İnsanların son illər Mourinyonu tənqid etdiyini bilirəm. Ancaq o insan mənim üçün hər zaman bir qəhrəmandır. Mənə zəng vurmağı, təbrik etməsi möhtəşəm və qəribə an idi", - deyə 42 yaşlı mütəxəssis bildirib.

 

İrlandiyalı mütəxəssis sözlərinə belə davam edib:

 

"Əgər biz irəlilələsək, böyük fürsətimiz var. "Qarabağ"la oyunlarda mübarizəni dayandırsaq, Avropa Liqasının III təsnifat mərhələsində çıxış edəcəyik. Özümüzə şans verdik. Məncə, yaxşı yerdəyik".

Tarix: 18 İyul [03:00]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Avqust 2019
18  Avqust 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio