"Qarabağ"ın "Dandolk"la oyunlarının vaxtı müəyyənləşdi

Azərbaycan çempionu "Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiyanın "Dandolk" klubu ilə qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, Ağdam klubu ilk oyunu səfərdə keçirəcək. Qarşılaşma iyulun 24-ü, Bakı vaxtı ilə 22:45-də baş tutacaq. Görüş "Oriel Park"da reallaşacaq.

 

Cavab matçı iyulun 31-i Bakıdakı "Dalğa Arena"da keçiriləcək. Oyun 21:00-da başlayacaq.

 

"Qarabağ" ilk mərhələdə Albaniyanın "Partizani" klubunu mübarizədən kənarlaşdırıb.

Tarix: 18 İyul [10:16]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Avqust 2019
18  Avqust 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio