"Qarabağ" qalib gəldi, Azərbaycan Qazaxıstana yaxınlaşdı

Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA-nın reytinq cədvəli bəlli olub.

 

Sportal.az xəbər verir ki, Bakıda Albaniyanın "Partizani" klubuna 2:0 hesabı ilə qalib gələn "Qarabağ" Azərbaycanın UEFA əmsalına 0,250 xal əlavə edib.

 

Bununla da bu mövsüm Azərbaycanın reytinq xalı 0,625-ə çatıb, Bunun 0,250-ni "Neftçi", 0,375-ni "Qarabağ" əldə edib.

 

"Qarabağ"ın qələbəsindən sonra son 5 mövsüm üçün ümumi xal 16,000-a çatıb. Bu göstərici ilə Azərbaycan Avropada 26-cıdır və indi 25-ci Qazaxıstandan cəmi 0,750 xal geri qalır. Ən yaxın izləyici Polşanın isə 14,875 xalı var.

Tarix: 18 İyul [10:27]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
7 Dekabr 2019
6  Dekabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio