"Neftçi" Avropa Liqasının II təsnifat mərhələsinə yüksəldi - YENİLƏNİB

Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinin cavab oyunlarına yekun vurulacaq.

 

Sportal.az xəbər verir ki, “Neftçi” ilk oyunda 3:0 hesabı ilə qalib gəldiyi Moldovanın “Sperantsa” klubunu qəbul edib. "Bakcell Arena"da keçirilən oyunda "ağ-qaralar" rəqibini 6:0 hesabı ilə məğlub edib.

 

“Neftçi” II təsnifat mərhələsində Rusiyanın “Arsenal” (Tula) klubu ilə qarşılaşacaq.

 

Avropa Liqası, I təsnifat mərhələsi, cavab oyunu

18 iyul

 

21:00 "Neftçi" – "Sperantsa" - 6:0

Qollar: Vangelis Platellas, 18, 40, Emin Mahmudov, 24 (pen.), Dario Frederiko, 42, Stiven-Jozef Monroz, 67, İsmayıl Zülfüqarlı, 76
Baş hakim: Yulian Veynebrger (Avstriya)
İlk oyun – 3:0

Tarix: 18 İyul [22:48]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
14 Dekabr 2019
13  Dekabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio