De Liqt rəsmən "Yuventus"da

"Yuventus" yeni transferini açıqlayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Turin təmsilçisi "Ayaks"ın kapitanı Matteis de Liqti transfer edib. 19 yaşlı müdafiəçinin transferi üçün amsterdamlılara 64,5+10,5 milyon avro təzminat ödənilib. Gənc oyunçu 5 illik müqaviləyə qol çəkib. Hollandiya millisinin üzvü illik 12 milyon avro məvacib alacaq. De Liqtin sərbəst qalma qiyməti 150 milyon avro təyin edilib.

 

16 yaşında "Ayaks"da peşəkar karyeraya başlayan hollandiyalı futbolçu ötən mövsüm 55 oyuna 7 qol vurub, 4 assist edib.

Tarix: 18 İyul [11:19]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
9 Dekabr 2019
8  Dekabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio