"Sumqayıt" loqosunu dəyişdi - FOTO

13:08 - 18 İyul 2019

2019/2020 mövsümündən etibarən “Sumqayıt” Futbol Klubu yeni loqo altında çıxış edəcək.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, yeni emblemin üzərində yerləşən “Göyərçin” Sumqayıt şəhərinin rəmzi və sülhü təmsil edir. Aşağı hissədə yerləşən “Sünbül” isə bolluq, bərəkət simvoludur.

 

Sünbül Azərbaycan Respublikasının Dövlət gerbində də təsvir olunub.

 

No photo description available.

Xəbər xətti