"Leyptsiq" PSJ-nin futbolçusu transfer etdi

15:20 - 18 İyul 2019

Almaniyanın "Leyptsiq" klubu yeni transferini açıqlayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi PSJ-nin yarımmüdafiəçisi Kristofer Nkunkunu transfer edib. 21 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Frsanlı oyunçunun keçidi üçün parislilərə 13+2 milyon avro təzminat ödənilib. Gənc futbolçu yeni klubunda 18 nömrəli forma altında çıxış edəcək.

 

PSJ-nin yetirməsi olan Nkunku 2015-ci ildən əsas komandada çıxış edirdi. O, 78 oyuna 11 qol vurub.

Xəbər xətti