"Kalyari"nin Nainqqolan arzusu

15:50 - 18 İyul 2019

"İnter"də yeni baş məşqçi Antonio Kontenin planlarında yer almayan Raca Nainqqolan klub axtarışını davam etdirir.

 

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, 31 yaşlı futbolçu sabiq klubu "Kalyari"nin transfer hədəfindədir. Çin klublarından ciddi təkliflər alan belçikalı futbolçu keçmiş komandasına qayıtmağa müsbət yanaşır. Ulduz futbolçunun ailəsi də Saridiniya bölgəsində yaşayır.

 

"İnter"də illik 4,5 milyon avro maaş alan futbolçu "Kalyari"də oynamaq üçün ciddi endirimə razıl olmalıdır.

 

"İnter" Nainqqolanı ötən yay "Roma"dan 38 milyon avroya transfer edib. Belçika millisinin üzvü "göy-qaralar"da 36 oyuna 7 qol vurub, 3 assist edib. Təcrübəli oyunçu 2010-2014-cü illərdə "Kalyari"də çıxış edib.

Xəbər xətti