"Dandolk"u "Qarabağ"a rəqib edən oyun - VİDEO

16:11 - 18 İyul 2019

Çempionlar Liqasının I təsnifat mərhələsinə yekun vurulub.

 

Sportal.az xəbər verir ki, İrlandiyanın "Dandolk" klubu ilk oyunda 0:0 hesablı heç-heçə etdiyi "Riqa"nın qonağı olub. Qarşılaşmanın əsas və əlavə vaxtında hesab açılmayıb. İlk oyunda da qolsuz heç-heçə qeydə alındığı üçün qalibin adına penaltilər seriyasında aydınlıq gəlib. Burada daha dəqiq oynayan britaniyalılar Latviya təmsilçisi üzərində 5:4 hesablı qələbə qazanıb

 

"Dandolk" iyulun 24-də "Qarabağ"ı qəbul edəcək. Cütün cavab oyunu ayın 31-i, Bakıdakı "Dalğa Arena"da reallaşacaq.

 

Xəbər xətti